İqtisadi Resursların Öyrənilməsi Mərkəzi “Turizm biznesində təbii resurslardan səmərəli istifadə olunması yolu ilə təbii abidələrin qorunması” layihəsini yekunlaşdırmışdır. Üç ay davam edən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.
   Layihə çərçivəsində Xaçmaz, Lənkəran və Şəki şəhərlərində regional turizm informasiya mərkəzləri, mədəniyyət və turizm idarələrinin əməkdaşları üçün seminarlar təşkil edilib. Seminarlarda təbii abidələr, onların qorunması yolları, ekoturizmin Azərbaycanda inkişaf perspektivləri, turizmdə menecment işinin təşkili, marketinqin aparılması qaydaları öyrənilərək müzakirə olunub.
   Layihəyə cəlb olunmuş sahibkarlıq subyektləri və turizm biznesində maraqlı olan şəxslər mütəxəssislər tərəfindən keçirilmiş seminarlardan öz gələcək işlərini qurmaq üçün xeyli bilik əldə ediblər.

   Fəxriyyə Abdullayeva