Məlum olduğu kimi, UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə Azərbaycandan 3 şəhər –  Şəki (2017, “sənət və sənətkarlıq” tematikası) və Bakı (2019, “dizayn” tematikası) və Lənkəran (2021, “qastronomiya” tematikası) daxil edilib.

Yaradıcı Şəhərlər Şəbəkəsinə  daxil olan şəhərlərin beynəlxalq təqdimatı və təbliği, yerli şəhər yaradıcılığı və kreativliyinin inkişafı istiqamətində Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası birlikdə sosial şəbəkə hesabları üzərindən təbliğat-maarifləndirmə işlərinə start verib. 

Mədəniyyət Nazirliyi və tərəfdaşları həmin postların və məlumatların milli və beynəlxalq səviyyədə populyarlaşması üçün geniş ictimaiyyəti qeyd olunan səhifələri izləməyə dəvət edir. Bununla yanaşı, adıçəkilən yaradıcı şəhərlərlə bağlı izləyicilər tərəfindən hər hansı maraqlı məzmunun paylaşılması istəyi olacağı təqdirdə həmin məlumatları  acif@creative.az və info@gci.az elektron poçtlarına göndərilməsi xahiş olunur.

Azərbaycanın UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan 3 şəhərinin “Facebook” və “İnstagram” sosial şəbəkələrində müvafiq səhifələri var.

https://www.instagram.com/shekicityofcraft/

https://www.facebook.com/shekicityofcraft/

https://www.instagram.com/bakucityofdesign/

https://www.facebook.com/bakucityofdesign/

https://www.instagram.com/lankarancityofgastronomy/

https://www.facebook.com/lankarancityofgastronomy/