Yakutiyada “UNESCO şedevrlərinin Olonxo torpağında görüşü” devizi altında ənənəvi festival keçirilib. UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilənnümunələrin nümayiş etdirildiyi sayca dördüncü festivalda 14 ölkə, həmçinin Rusiyanın müxtəlif regionları təmsil olunub. Festivalda Azərbaycanı tanınmış tarzən, Əməkdar artist Sahib Paşazadə təmsil edib.

Tarzən Yakutiyanın “Arko-Artiko” kamera orkestri ilə birlikdə konsertdə çıxış edib. Festival çərçivəsində təşkil olunan simpoziumda Sahib Paşazadənin “Tar və onun inkişaf yolları haqqında” məruzəsi də dinlənilib.

“Oxuyan tar” adlı solo konsert də verən virtuoz tarzən həmçinin Verxnevilluysk kəndində “Isiax” yakut bayramına da qatılıb. Burada uğurlu çıxışına görə sənətçi qızıl medal və diplomla təltif edilib.