Hikmət Rəhimovun “Çılpaq” tammetrajlı bədii filmi “Best İstanbul” film və sənət festivalında qalib olub.

İctimai Televiziyanın dəstəyi ilə ərsəyə gələn film festivalda “Ən yaxşı rejissor” və “Ən yaxşı tammetrajlı film” nominasiyalarında mükafata layiq görülüb.

Ssenari müəllifi və rejissoru Hikmət Rəhimov olan filmdə Əməkdar artistlər Ayşad Məmmədov, Rasim Cəfər, aktyorlar Hikmət Rəhimov, Elşən Əsgərov və başqaları çəkilib.

Dram janrında olan ekran əsərinin çəkilişləri Bakı və ətraf qəsəbələrdə gerçəkləşib. Filmin xronometrajı 65 dəqiqədir.

Lalə