Lənkəran Regional Mədəniyyət İdarəsi (RMİ) Lənkəran şəhər Mərkəzi Kitabxanasının Sütəmurdov kənd kitabxana filialında “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib. Şağlaser kənd kitabxana filialının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə çıxış edənlər Şuşanın tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan danışıblar. Bədii hissədə Şağlaser kənd tam orta məktəbi şagirdlərinin və mədəniyyət işçilərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.

***

Biləsuvar RMİ-nin əhatə etdiyi Neftçala Rayon Dövlət Rəsm Qalereyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayon Mədəniyyət Mərkəzində sərgi təşkil edib.

***

Ağdaş RMİ Ağdaş rayon MKS-nin 1 saylı Gənclər kitabxanası “Yay məktəbi” çərçivəsində asudə vaxtın səmərəli keçirilməsi üçün sərgi təşkil edib. Sərgidə məktəblilərin yaşına uyğun müxtəlif mövzularda kitablar nümayiş olunub.

***

Şəki RMİ Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər sevgisi” mövzusunda viktorina təşkil edilib. Viktorinada rayonun Sumaylı kənd tam orta məktəbinin VI və VII sinif şagirdləri iştirak ediblər. Öncə şagirdlərə mərkəzin əməkdaşları tərəfindən ümummilli lider haqqında ətraflı məlumat verilib. Viktorinanın qalibinə kitab hədiyyə olunub.

Zaqatala rayon MKS-nin Paşan kənd kitabxana filialı və kənd orta məktəbinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyirik!” adı altında narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib. Narkotik maddələrin yeniyetmə gənclər arasında daha çox yayılma təhlükəsini dilə gətirən kitabxanaçı Naimə Kiçniyeva narkotik və psixotrop maddələrin bəşəriyyətə böyük zərbə vurduğunu, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını bildirib.

***

Ağstafa RMİ Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanası “Kitab insan üçün mənəvi qidadır” başlıqlı tədbir keçirib. Tədbir gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə təşkil edilib.