Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) İdarə heyətinin yekdil qərarına əsasən, Xalq rəssamı, Prezident təqaüdçüsü Rafiq Əliş oğlu Nəsirov 2022-ci il üçün Milli Kino Mükafatına layiq görülüb.
Bu barədə ARKİ-dən məlumat verilib.
Qeyd olunub ki, mükafat 2 avqust – Milli Kino Günündə təqdim ediləcək.
Rafiq Nəsirov “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavad xan” kimi filmlərin rəssamı olub. Tanınmış kino rəssamı ARKİ İdarə heyətinin üzvüdür.
Xatırladaq ki, Milli Kino Mükafatı ARKİ tərəfindən 2012-ci ildə təsis edilib.