Xəbər verdiyimiz kimi, “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə yerli və əcnəbi rəssamlar üçün “ArtCamp Shusha” adlı beynəlxalq layihə həyata keçirilir.

Layihədə iştirak üçün İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən dəvət edilən rəssamlar, eləcə də onların azərbaycanlı həmkarları Rəşad Mehdiyev, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva 12-13 iyul tarixlərində Şuşa şəhərində olublar.

Rəssamlar şəhərdəki tarixi-mədəni abidələr və burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olub, gələcək əsərləri üçün eskizlər ediblər.

Bakıya qayıdan rəssamlar Şuşa təəssüratlarını rəsm əsərlərində əks etdirəcəklər. Yerli və əcnəbi rəssamların ərsəyə gətirəcəyi əsərlər “ArtCamp Shusha” layihəsinin yekun sərgisində nümayiş olunacaq.