Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovla görüşüb.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi kimi Qazaxıstanla sıx münasibətlərdən söz açan Günay Əfəndiyeva birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb.
Fondun türk xalqlarının maddi mədəni irsinin təbliği istiqamətində fəaliyyətinin önəmini vurğulayan səfir Serjan Abdıkarimov bu istiqamətdə gələcəkdə reallaşacaq layihələr sayəsində Qazaxıstanla əlaqələrin daha da genişlənəcəyinə inandığını deyib.
Görüşdə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.