Venesiya Film Festivalının proqramı açıqlanıb

 

Avropanın üç ən böyük kino forumundan biri olan Venesiya Film Festivalı bu il 79-cu dəfə keçiriləcək.

Avqustun 31-dən sentyabrın 10-dək davam edəcək festivalın əsas müsabiqə proqramı açıqlanıb.

Bu il bir çox görkəmli rejissorlar yeni filmlərini ilk dəfə Venesiyada tamaşaçılara təqdim edəcəklər. Festival amerikalı aktyorlar Nuh Baumbax, Adam Driver və Greta Gervigin baş rollarda çəkildikləri “Ağ səs-küy” filmi ilə açılacaq.

Bu il Venesiyada “Qızıl şir” heykəlciyi uğrunda Luka Quadaqnino və Timoti Çalameti yenidən bir araya gətirən “Sümüklər və hamısı”, kubalı gənc aktyor Ana de Armasın Merilin Monro obrazını canlandırdığı və Endrü Dominik tərəfindən çəkilmiş “Sarışın”, Darren Aronofski, Alejandro Qonzales İnyarritu və Cəfər Pənahi kimi bir çox usta rejissorların filmləri yarışacaq.

İspaniyalı aktrisa Penelope Kruz festivala iki yeni filmlə qatılacaq. Festivalda onun oynadığı İtaliya istehsalı olan “L’inmensitá” və İspaniyada çəkilən “En los márgenes” filmləri nümayiş olunacaq.

79-cu Venesiya Film Festivalının münsiflər heyətinə amerikalı aktrisa Culian Mur rəhbərlik edəcək.

V.Kamal