Azərbaycan Kinosu Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, “ 2 avqust – Azərbaycan Kinosu Günü” adlı virtual sərgidə Azərbaycan kinosunun tarixini əks etdirən sənədlər, görkəmli şəxslərin kino tariximiz haqqında fikirləri, fotolar, Azərbaycan kinosunun tarixinə dair kitab və məqalələr təqdim  olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html