Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.

“Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın geyim nümunəsi olan kürdüyə həsr olunub.

Kürdü (sırınmış qolsuz köynək) qadın üst geyimidir. Bu geyim tirmədən və məxmərdən tikilirdi. Xəzlə bəzək, sıx naxış vurulurdu. Kürdünü Şuşa ilə yanaşı digər bölgələrdə də geyinirdilər.

Qeyd edək ki, kürdü geyimi indi də dəbdədir.