AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu XIX əsr Azərbaycan şairi Mustafa Ağa Şuxinin lirik şeirlər toplusu divanını çapa hazırlayıb. Şuxinin divanı yaxın günlərdə çapdan çıxacaq. İnstitutdan verilən məlumata görə, M.A.Şuxi fars və Azərbaycan dillərində yazıb yaratsa da, divanda onun yalnız Azərbaycan dilində yazdığı klassik şerin bütün janrlarında olan şeirləri toplanılıb. Divan filologiya elmləri namizədi Nailə Mustafayeva tərəfindən çapa hazırlanıb. Kitabda həmçinin Şəkidə yaşadığı məlum olan şairin Şəkiyə həsr etdiyi seçmə əsərləri də daxil edilib.