Prezident İlham Əliyev tərəfindən elan olunan  “Şuşa İli” çərçivəsində həyata keçirilən layihələrdən biri də “Danışır Şuşa!” radio proqramıdır.

Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti, “AzerNyuMedia” şirkəti, "Azman Holdinq" və “Avto FM”in birgə layihəsi olan proqram hər həftənin cümə günü “107.7 FM” dalğasında yayımlanır.

Bu ilin fevral ayından efirə gedən proqram “Unutma”, “Qafqaz mirvarisi”, “Şuşa kimi tarix”, “Şuşa tərzi” və “Zəfər yolu” adlı beş rubrikadan ibarətdir. Proqramda Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən, adət-ənənələrindən, bu şəhərdə dünyaya göz açmış və onunla əbədi bağlılığı olan şəxsiyyətlərin həyat yolundan bəhs edilir.