Sumqayıt RMİ Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində “Dostluq” Mədəniyyət evinin təşkil etdiyi Vətən müharibəsi şəhidi Emil İsgəndərovun doğum günü ilə əlaqədar “Şəhidlik ən uca addır” adlı tədbir keçirilib.

RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən Birinci Qarabağ müharibəsində Qaracallı kənd inzibati ərazi dairəsinin 9 şəhidinin – Milli Qəhrəman Bəylər Ağayev, həmçinin Qabil Quliyev, Şirin Ağayev, İlham Əliyev, Vidadi İsmayılov, Savalan Eminov, Babək Cəfərov, Şirin Şirinov və Aslan İsmayılovun xatirə barelyefinin açılışına həsr olunan tədbir keçirilib. Tədbirdə Qubadlı rayon Vasili Əliyev adına Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin hazırladığı kompozisiya təqdim olunub, şeirlər söylənilib.

***

Beyləqanda Vətən müharibəsi şəhidi Cəlal Bədirxan oğlu Vəzirovun xatirəsinin əbədiləşdirilməsi üçün inşa olunan bulaq kompleksi istifadəyə verilib. Vətən müharibəsi zamanı ilk döyüşə atılanlar sırasında Cəlal da yer alıb. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə böyük igidliklə vuruşub, cəbhənin yarılmasında və xüsusi tapşırıqlarda fəallığı ilə seçilib. Oktyabrın 3-də Füzuli istiqamətində gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Nurəddin