Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilib.

Avqustun 11-də yeni direktor kollektivə təqdim olunub.

Tədbirdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov iştirak ediblər.

Rəşad Yusifov təyinata görə minnətdarlığını ifadə edərək ona göstərilən etimadı doğrultmaq üçün çalışacağını bildirib.