Özbəkistanda görkəmli əcdadlar haqqında 30 animasiya filminin  çəkilməsi qərara alınıb. Cizgi filmləri Kinematoqrafiyanın İnkişafı Milli Fondunun ”İntibah” layihəsi  çərçivəsində lentə alınacaq.

Layihədə birinci və ikinci özbək intibahı dövründə yaşamış görkəmli dövlət və sənət adamları haqqında filmlər çəkiləcək. Hazırda yaradıcı heyət Əmir Teymura həsr olunmuş film üzərində aktiv çalışır.

Rejissor Adil Maxamatovun başçılıq etdiyi komandada animatorlar Zebo Saidazimova, Sanobar Erkinova, Firdavs Nomonov, Mahira Mirzayeva çalışırlar. Ssenari müəllifi Tulkin Xayit, quruluşçu rəssamı Doniyör Abduvositovdur.

Gülcahan