Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutu
   
   Aşağıda qeyd olunan vakant dekan və kafedra müdiri vəzifələrini tutmaq üçün müsabiqə elan edir
   
   Fakültə dekanı:
   Turizm işinin təşkili və idarəedilməsi fakültəsi
   
   Kafedralar:
   İctimai fənlər
   Turizm biznesinin təşkili və texnologiyası
   
   Sənədlər elan qəzetdə dərc olunduğu gündən bir ay ərzində təqdim edilməlidir. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
   1. Azərbaycan Turizm İnstitutu rektorunun adına ərizə;
   2. Əmək kitabçasından çıxarış;
   3. Kadrların şəxsi uçot vərəqəsi;
   4. Tərcümeyi-hal;
   5. 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil;
   6. Son iş yerindən xasiyyətnamə (təşkilatın rəhbəri tərəfindən verilmiş və təşkilatın möhürü ilə təsdiqlənmiş);
   7. Ali təhsil, alimlik dərəcəsi (fəlsəfə doktoru, elmlər doktoru), elmi ad (dosent, professor) verilməsi haqqında diplomların təsdiq olunmuş surətləri;
   8. Dərc olunmuş elmi əsərlərin siyahısı (təşkilatın elmi katibi tərəfindən təsdiq olunmuş, təşkilatın möhürü olan);
   9. Şəxsiyyət vəsiqəsinin surəti;
   10. Kafedranın 5 illik perspektiv inkişaf planı.
   
   Sənədləri hər gün (şənbə, bazar və
   bayram günləri istisna olmaqla) saat 10:00-16.00 arası Azərbaycan Turizm İnstitutuna təqdim etmək lazımdır.
   
   Ünvan: Bakı şəhəri, AZ1072, K.Rəhimov küçəsi, 822/23-cü məhəllə, Tədris şöbəsi, Tel: 564 42 33; 564 54 11 (dax. 24)
   
   Müsabiqə komissiyası

          * * *

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında
   Turizm Bələdçilərinin və tərcüməçi-gidlərin Attestasiya Komissiyası
   
   Turizm müəssisələrinin və fərdi bələdçilərin
   N Ə Z Ə R İ N Ə
   
   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarına və müvafiq qaydalara əsasən, Azərbaycan Respublikasında bələdçi fəaliyyətinin attestasiyası həyata keçirilir. Ölkədə bələdəçi fəaliyyəti ilə məşğul olan şəxslərin 15 aprel 2012-ci il tarixinədək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Turizm Bələdçilərinin və tərcüməçi-gidlərin Attestasiya Komissiyasına müraciət etməsi məqsədəuyğun olar. Əks təqdirdə attestasiyadan keçməmiş bələdçilərin fəaliyyətə cəlb edilməsinə görə turizm müəssisələri məsuliyyət daşıyır.
   Bələdçi olmaq istəyən şəxslərin isə Azərbaycan Turizm İnstitutunda təşkil olunan “Turizm bələdçisi” kursunu keçmələri və sonra attestasiya komissiyasına müraciət etmələri tələb olunur.
   Hər iki halda bələdçi fəaliyyəti ilə məşğul olan şəxslər və ya kurs keçmiş yeni bələdəçilər attestasiyadan müvəffəqiyyətlə keçdikdən sonra müvafiq qaydada bələdçi kartı və şəhadətnamə ilə təmin olunurlar.
   Attestasiyadan keçməmiş şəxslərin bələdçi fəaliyyəti ilə məşğul olmaları qadağandır!
   
   Əlavə məlumat üçün bu ünvana müraciət edə bilərsiniz:
   
   Azərbaycan, Bakı, AZ 1072, K. Rəhimov 822/23,
   Tel: (+994 12) 564 42 33; 564 54 11;
   564 86 71 (72 və 73) (daxili nömrə 18)
   Fax: (+994 12) 564 42 34 və 564 68 45,
   E-mail: F.Quliyeva@tourism.edu.az
   Website: www.tourism.edu.az