Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Səmərqənd şəhər Katta Kurqan Teatrının rəhbəri, tanınmış rejissor Batır Tuqalovla görüşüb.

Görüşdə Özbəkistan-Azərbaycan arasında teatr sənəti sahəsində əməkdaşlıq, Azərbaycan müəlliflərinin əsərlərinin Səmərqənd teatrında səhnələşdirilməsi, Azərbaycan teatr müəssisələri ilə əlaqələrin genişləndirilməsi, rejissor və artistlərin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.

18 oktyabr tarixində Səmərqənddə “Şəhər günü”nə həsr olunmuş tədbirlərdə AMM-nin iştirakı, azərbaycanlı sənətçilərin çıxışı barədə fikir mübadiləsi aparılıb.
Batır Tuqalova AMM-nin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə də məlumat verən Samir Abbasov qonağı mərkəzdəki muzeylərlə tanış edib.