Sabirabad RMİ Şirvan şəhər Mədəniyyət Mərkəzinin Şirvan Folklor evi “Mədəniyyət xəzinəmiz Şuşa” adlı tədbir keçirib. Tədbirdə Şuşa haqqında şeirlər səsləndirilib, vətənpərvərlik ruhunda mahnılar ifa edilib.

***

Ağcabədi RMİ Ağdam rayon MKS-nin 50 saylı Şıxbabalı kənd kitabxanasının əməkdaşları  “Şuşa – 270” adlı sərgi təşkil ediblər. Sərgidə mədəniyyət paytaxtımız Şuşanın tarixi abidələri, görkəmli şəxsiyyətləri və Milli Qəhrəmanlarına həsr olunmuş kitablar və fotolar nümayiş etdirilib.

***

Tərtər şəhərindəki Heydər Əliyev adına parkda “Şuşa İli” ilə bağlı tədbir keçirilib. İştirakçılar əvvəlcə şəhərin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbirdə mədəniyyət işçilər Molla Pənah Vaqif və Xurşidbanu Natəvanın obrazlarını canlandırıblar. Kənd mədəniyyət müəssisələrinin özfəaliyyət dərnəkləri tərəfindən “Şuşa İli” ilə bağlı hazırlanmış əl işlərinin sərgisinə baxış keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edən qazilərimiz çıxış edərək mədəniyyət paytaxtımızın tarixindən, Ordumuzun Vətən müharibəsində Qələbəsindən söz açıblar. RMİ-nin Tərtər rayon nümayəndəliyi tərəfindən hazırlanmış konsert proqramı və rayon uşaq bağçalarının balaca fidanlarının çıxışları alqışlarla qarşılanıb.

N.Məmmədli