Dekabrın 20-də Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində nazir müavini Nazim Səmədov ilə Belçika Senatının sabiq sədri, Sorbonna Universitetinin professoru xanım Ann Mari Lizin arasında görüş keçirilib.
   Görüşdə Azərbaycanın turizm potensialının Avropa ölkələrində, xüsusi ilə Belçika və Fransada təbliğatı mövzusu müzakirə olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş edilən bələdçi kitablarının fransızdilli ölkələrdə daha geniş yayılmasına dair müzakirələr aparılıb. Nazir müavini xanım Lizinə təşəbbüslərinə görə təşəkkür edib və əməkdaşlığın uğurla davam etməsinə ümidvar olduğunu bildirib.