Sentyabrın 14-də London şəhərinin tarixi məkanlarından olan “Regent Street Cinema”da Əməkdar rəssam Mehriban Əfəndinin əsərləri videoinstalyasiya formatında nümayiş etdiriləcək.

Layihə Azərbaycan-Amerika yazıçısı və bəstəkarı Ella Leyanın rejissorluğu ilə çəkilən “Leylanın skripkası” qısametrajlı bədii filminin təqdimatı çərçivəsində həyata keçiriləcək.

Monako Film Festivalında “Angel” mükafatının qalibi olan “Leylanın skripkası” geniş ictimaiyyətə Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin sponsorluğu, Diasporla İş üzrə Dövlət Komitəsi və Amerika Yəhudi İcmasının dəstəyi ilə təqdim olunacaq.

Filmdə baş rolları Hollivudun gənc aktrisası Sofiya Rossinski və məşhur azərbaycanlı skripka ustası Sabina Rakçeyeva canlandırıb. Ekran əsərini Azərbaycan şairi, “Söz” ədəbi layihəsini rəhbəri Nigar Həsənzadə səsləndirib.

Filmin quruluşçu operatoru Nadir Mehdiyev, geyim rəssamı Mehriban Əfəndidir.

Cavid