Sentyabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında “Üzeyir ənənəsinin sönməyən ulduzları” adlı konsert proqramı təşkil olunacaq.

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan konsert proqramında “Avanqard” kamera orkestrinin təqdimatında məşhur milli  kinofilmlərdən musiqi parçaları səsləndiriləcək. Retro və nostalji hisslərlə dolu musiqilər tamaşaçılarda xoş əhval-ruhiyyə yaradacaq.