Sentyabrın 20-də “Cadenza” orkestri (Cadenza Contemporary Orchestra) Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq konsert proqramı ilə yeni mövsümə başlayır.
Mövsümün ilk konsertində orkestr tərəfindən Firəngiz Əlizadənin “Crossing II”, Azər Dadaşovun 14 saylı Simfoniya “Angel`s day” (ilk dəfə) və Firudin Allahverdinin balaban və ansambl üçün “Barokko” konserti (ilk dəfə) ifa olunacaq.
Qeyd edək ki, konsert Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı (18-26 sentyabr) çərçivəsində reallaşacaq.