Bir sıra şirkətlərə turizmlə məşğul olmaq üçün verilmiş lisenziyaların fəaliyyəti isə dayandırılıb
   
   Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ı və digər normativ-hüquqi aktları əsas götürərək “RİAD TOUR”, “Heritage Travel” və “AZLİT” MMC-lərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.
   Eyni zamanda Tovuz şəhərində fəaliyyət göstərən “İzel” mehmanxanasına, Naftalan şəhərindəki “Qaşaltı” sanatoriyasına da turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.
   
   
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aşağıda adları çəkilən şirkətlərə turizm
   fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyaların fəaliyyəti dayandırılıb:
   
   1. “Azərilər-A” MMC (hüquqi ünvanı: Bakı şəhəri, H. Cavid prospekti, ev 66);
   2. “Türbət” MMC (Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ŞTQ, 229 saylı bağ evi);
   3. “AB Travel” MMC (Bakı şəhəri, H.Hacıyev küçəsi, 4);
   4. “Ərəfat” MMC (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., Teymur Yaqubov küçəsi, ev 8B);
   5. “Universe Travel” MMC (Bakı şəhəri, Buzovna qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 16, mənzil 66);
   6. Fiziki şəxs Cəfərov Ruslan İlyas oğlu (Bakı şəhəri, H.B.Əliyev küçəsi, ev 36, mənzil 21);
   7. “American Tours” MMC (Bakı şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 64, mənzil 5);
   8. “Mikado” MMC (Bakı şəhəri, Azərbaycan prospekti, ev 23, mənzil 35);
   9. “EM-AY Səyahət” MMC (Bakı şəhəri, Füzuli küçəsi, ev 43) 06.05.2008-ci il tarixli, qeydiyyat nömrəsi 94, seriya №-si 040603;
   10. “Bon Voyaj” MMC (Bakı şəhəri, Əhməd Rəcəbli prospekti, ev 3V, mənzil 25);
   11. “Nasano Qrup” MMC (Bakı şəhəri, Zərifə Əliyeva prospekti, ev 3);
   12. “Metropol Travel” MMC (Bakı şəhəri, Teymur Əliyev küçəsi, ev 25V);
   13. “Qala Travel” MMC (Bakı şəhəri, Süleyman Rəhimov küçəsi, ev 195, mənzil 24,25);
   14. “Şəlalə AA Travel” MMC (Bakı şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 8, mənzil 47);
   15. “Asan-Tur” firması (Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” y/s, ev 20, mənzil 23);
   16. “İslam-S Turizm” MMC (Şirvan şəhəri, Mehmandarov küçəsi, dalan 3, ev 7);
   17. “CAM QRUP” MMC (Bakı şəhəri, Faiq Yusifov küçəsi, ev 38, mənzil 13);
   18. “Royal Travels LTD” MMC (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 44);
   19. “ALMA TURİZM” MMC (Bakı şəhəri, Böyük Qala küçəsi, ev 24);
   20. “Çinar Turizm” MMC (Bakı şəhəri, Kaveroçkin küçəsi, ev 21, mənzil 151);
   21. “Comfort Travel” MMC (Bakı şəhəri, Nəsimi rayonu, Binəqədi 7, ev 1A, mənzil 7);
   22. “Diskover LTD” MMC (Bakı şəhəri, M. Rahim küçəsi, ev 20, mənzil 64).

   Fəxriyyə Abdullayeva