Azərbaycanda ilk dəfə “Google map” üzərindən Bakının 3D formatda virtual gəzintisini reallaşdıran www.Baku3d.az saytı istifadəyə verilib. Saytın əsas məqsədi Bakıda olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları, gözəllik salonları, avtosalonları, klinikaları, ticarət və əyləncə mərkəzlərini “3D” formatında birləşdirməkdir. Dünyanın istənilən nöqtəsindən internet istifadəçiləri sayta daxil olmaqla Bakının virtual tur gəzintisi ilə tanış ola biləcəklər. Bu isə öz növbəsində, Azərbaycanda turizmin inkişafında xüsusi rol oynayacaq. Sayt kataloq xarakteri daşıyır.
   Hazırda sayt rus dilində fəaliyyət göstərir, lakin yaxın zamanlarda Azərbaycan və ingilis dillərində də çalışacaq.
   Saytın unikallığı ondan ibarətdir ki, internet istifadəçiləri Google-nin xəritəsindən Bakının istənilən rayon və qəsəbəsini açıb, daha sonra həmin yerdə olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları və s. yerlərin 3D panoramını görəcəklər.

   Fəxriyyə Abdullayeva