Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutu Bakı Turizm Peşə Məktəbi ilk şagird qəbulunu elan edir!
   
   Azərbaycan Turizm İnstitutunun Bakı Turizm Peşə Məktəbi Azərbaycan Respublikasında turizm və digər xidmət sahələrini peşəkar kadrlarla təmin etmək məqsədilə aşağıdakı qısamüddətli kurslar üzrə şagird qəbulu elan edir: 
   
   * Turizm agenti
   * Aşpaz
   * Barmen, bufetçi, ofisiant
   * Milli park bələdçisi
   * Dağ-xizək turizm növü üzrə bələdçi
   * Bərbər (kişi və qadın)
   * Mühasib fərdi kompyuter operatoru
   * Əməliyyatçı-mühasib
   * Ekoloji turizm bələdçisi
   * Kimyəvi təmizləmə aparatçısı
   
   Dərslər Azərbaycan və Rus dillərində keçirilir. Təhsil müddəti 1 ildir. Sənədlər 12 yanvar - 12 fevral 2012-ci il tarixində, bazar günü istisna olmaqla hər gün səhər saat 10:00-dan 17:00-dək (şənbə günü saat 13:00-dək) həyata keçiriləcəkdir. Sənəd qəbulu üçün son tarix: 12 fevral 2012-ci il.
   Sənədlər bu ünvanlarda qəbul edilir:
   Bakı şəhəri, K.Rəhimov küçəsi, 822/23-cü məhəllə, Azərbaycan Turizm İnstitutu, 402-ci otaq və ya
   Bakı şəhəri. 8-ci mikrorayon. Heydər Hüseynov küçəsi, 17 (“Zirvə” şadlıq evinin yanı), Bakı Turizm Peşə Məktəbi, 1-ci otaq. Telefon: (012) 561-97-87, (012) 561-79-52
   
   Qəbulun ümumi qaydaları:
   
   * Məktəbə icbari və tam orta təhsili bitirmə haqqında sənədi olan Azərbaycan vətəndaşları qəbul edilir. İcbari təhsil bazasından (şəhadətnamə ilə) məktəbə qəbul olan şagirdlərə attestat verilmir. 
   * Bu ixtisaslar üzrə şagirdlərə təhsil müddətində nəzəri biliklərlə yanaşı uyğun müəssisələrdə praktik dərslər də keçirilir. 
   * İcbari təhsil bazasından qəbul olunan şagirdlər üçün məktəbdə peşə hazırlığı ilə yanaşı xarici dillərdən (ingilis, rus, alman, fransız, ərəb ) hər hansı birinin öyrədilməsi həyata keçirilir.
   * Xarici dilləri müəyyən səviyyədə bilənlərə üstünlük verilir.
   * Təhsil müddəti ümumi iş stajına daxil edilir. 
   * Məktəbdə dövlət hesabına təhsil alanlar ümumi qaydalar üzrə təqaüdlə təmin olunur. 
   * Məktəbə qəbul test və ya müsabiqə yolu ilə aparılır.
   
   Məktəbə daxil olmaq üçün aşağıdakı sənədlər tələb edilir:
   

   * Direktorun adına ərizə 
   * Təhsil haqqında sənədin əsli və surəti 
   * Doğum haqqında şəhadətnamə və yaxud şəxsiyyət vəsiqəsinin əsli və surəti 
   * Yaşayış yerindən arayış 
   * 3x4 sm ölçülü 4 ədəd fotoşəkil 
   * Tibbi arayış