"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Bakıda fəaliyyət göstərən mehmanxanalarda yanğın təhlükəsizliyi tədbirləri gücləndiriləcək. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətində 2011-ci ildə görülmüş işlərin müzakirəsinə həsr olunmuş müşavirədə bununla bağlı tapşırıqlar verilib.
   Mehmanxana və mehmanxana tipli obyektlərdə yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi, mehmanxana işçiləri ilə yanğına qarşı təbliğat xarakterli maarifləndirmə işlərinin aparılması, mehmanxanalarda yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi barədə tapşırıqlar verilib.
   Qeyd olunub ki, mehmanxana personalının işçilərinin üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsi, qanunvericilikdə nəzərdə tutulmuş zəruri texniki-təşkilati tədbirləri həyata keçirməsi nəzarətə götürülməli, mehmanxanalarla əlaqədar zəruri olan bütün yanğın təhlükəsizliyi tədbirləri reallaşdırılmalıdır.

Fəxriyyə Abdullayeva