Fevralın 1-də Bakıda «Qafqaz Point» hotelində Sloveniyanın termal və müalicəvi kurortlarının təqdimat mərasimi keçiriləcək. Tədbir Sloveniyanın «Terme KRKA» şirkətinin və onun Azərbaycandakı tərəfdaşı «Millennium Tourism & Congress DMC»nin təşkilatçılığı ilə gerçəkləşəcək.
   Təqdimatın iki istiqamət üzrə keçirilməsi nəzərdə tutulur. Birinci istiqamət üzrə keçirilən tədbir ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün nəzərdə tutulub və fevralın 1-də baş tutacaq. İkinci istiqamət isə müalicəvi kurortlar üçündür. Fevralın 2-də keçiriləcək bu tədbirdə Bakıda yerləşən tibb müəssisələrinin işçiləri iştirak edəcəklər.

 Fəxriyyə Abdullayeva