Yanvarın 30-da Azərbaycan Turizm İnstitutunda ATİ Məzunlar Assosiasiyasının (ATİMA) təşəbbüsü ilə «Jumeirah Bilgah Beach» hotelinin baş meneceri Mete Atakumanla görüş-seminar keçirilib. Rektor Cəfər Cəfərov institutun fəaliyyətində ixtisaslı kadr hazırlığına xidmət edən təhsil-təcrübə-təlim-tədqiqat formulunun əsas götürüldüyünü vurğulayıb. Qeyd edib ki, institut rəhbərliyinin əsas məqsədi ATİ Karyera Mərkəzinin fəaliyyətini gerçəkləşdirməkdir.
«Jumeirah Bilgah Beach» hotelinin baş meneceri Mete Atakuman görüş-seminarın təşkilindən razılığını bildirib. Onun sözlərinə görə, «Jumeirah» qrupu ilk dəfə Dubayda hotel fəaliyyətinə başlayıb, hazırda bu rəqəm 12-dir, 2015-ci ilə kimi isə 50-yə çatdırılacaq. Gələcəkdə ATİ məzunlarının da «Jumeirah”da fəaliyyət göstərəcəklərinə inandığını deyən qonaq qeyd edib ki, bu görüş onlar üçün bir fürsətdir.
Fəxriyyə Abdullayeva