Azərbaycanda “Turizm haqqında” yeni qanun layihəsi hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumatda bildirilir ki, nazirliyin əldə etdiyi təcrübəyə, turizm sahəsindəki beynəlxalq təşkilatların tövsiyələrinə və müvafiq dövlət qurumlarının təkliflərinə əsasən hazırlanmış yeni qanun layihəsi ictimaiyyətin müzakirəsinə təqdim olunur. Layihə ilə bağlı rəy və təkliflər fevralın 26-dək aşağıdakı elektron ünvana göndərilə bilər: tourism@mct.gov.az
Məlumatda qeyd olunur ki, Azərbaycanda turizm haqqında hazırda qüvvədə olan qanun 1999-cu ildə qəbul edilib. Ötən müddətdə ölkəmizdə turizm sahəsi sürətlə inkişaf edib, Azərbaycan 2001-ci ildə Dünya Turizm Təşkilatına üzv olub. GUAM, İƏT, QİƏT və İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq qurumlarla əməkdaşlıq genişlənib.
İndiyə qədər mövcud turizm qanununa bir neçə əlavənin olmasına baxmayaraq, yeni qanunun qəbul edilməsi zəruridir. Yeni qanun layihəsinin hazırlanmasında məqsəd Azərbaycanda turizm sahəsində yaranan ictimai münasibətlərin kompleks şəkildə tənzimlənməsi, turizm xidmətlərinin müasir standartlara uyğunlaşdırılması və Azərbaycan turizm bazarının dünya turizm bazarına inteqrasiyasının təmin edilməsidir.