İqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti

 

Azərbaycan Milli İncəsənət Muzeyinin və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə uşaqlar üçün hazırlanmış “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” sərgisi davam edir.

Milli İncəsənət Muzeyindən verilən məlumata görə, sərgi ilə bağlı 9-30 oktyabr tarixində “açıq qapı” günləri elan edilib. Sərgi layihəsi gənc nəslə, uşaq və yeniyetmələrə faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakter daşıyır. Sərgidə Layen Haykensin şəxsi kolleksiyasından hazırkı iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlıları – hippopotamları əks etdirən eksponatlar nümayiş etdirilir.

Layihə ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq məqsədilə BMT-nin Ekosistemin Bərpası üzrə Onillik Proqramının (2030-cu ilədək) bir hissəsi olaraq hazırlanıb.