Rəsm müsabiqəsinə əsərlərin qəbulu başa çatır

 

Xəbər verdiyimiz kimi, Mərakeş və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyi və “Yaşıl Yürüş”ün 47-ci ildönümü münasibətilə Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi “Nərgiz Art Studio” və “Holcim Azərbaycan” ilə əməkdaşlıq çərçivəsində 6-18 yaş arası gənc rəssamlar üçün müsabiqə elan edib.

“Mərakeş gənc azərbaycanlı rəssamların gözü ilə” adlı müsabiqəyə rəsmlərin qəbulu 15 oktyabrda başa çatır.

Müsabiqənin məqsədi Mərakeş və Azərbaycan xalqları arasında yaxın əlaqələr yaratmaq və qarşılıqlı anlaşmanı gücləndirmək, eyni zamanda gənc nəsil arasında yaradıcılığa marağı artırmaq, uşaqları faydalı fəaliyyətlərə həvəsləndirmək, onların dünyagörüşünü genişləndirmək və gənc istedadları üzə çıxarmaqdır.

Qaliblər iki ölkənin tanınmış rəssamları – Mahi Binebine və Abderrahim Yamou (Mərakeş), Əsmər Nərimanbəyova və Nərgiz Quliyevadan (Azərbaycan) ibarət münsiflər heyəti tərəfindən seçilərək dəyərləndiriləcək.

Rəsm müsabiqəsi haqqında ətraflı bu likndə: https://www.marakeshresm.art/