Almaniyanın Yade Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru Vaythöner və beynəlxalq şöbənin müdiri Andrea Menn Azərbaycan Turizm İnstitutunun qonağı olublar. Görüş əsnasında ATİ-nin iki tələbəsinin Yade Universitetində DAAD təqaüdü ilə təhsil almağa göndərilməsi qərara alınıb, həmçinin ATİ ilə Yade arasında ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalanması qərarlaşdırılıb.
Yade Universitetinin əməkdaşları 2012-ci ildə Almaniyanın Vilhelmsafen şəhərindəki alman dili yay məktəbi kursunda iştirak edəcək tələbələrlə görüşüb, onların kurs və təhsillə bağlı suallarını cavablandırıblar.
Almaniyalı qonaqlar TEMPUS-un 2012-ci il “Davamlı turizm idarəçiliyi üzrə beynəlxalq bakalavr və magistr proqramlarının yeni modullarının inkişafı” layihəsinin Bakı partnyorları - Azərbaycan Turizm Assosiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi, “Millennium” turizm şirkəti, Bakı Dövlət Universiteti, “Təbiət dostları” və “EkoSfera” QHT-lərinin nümayəndələri ilə birlikdə layihənin texniki məsələlərini də müzakirə ediblər.
Fəxriyyə Abdullayeva