“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” mükafatının builki laureatları arasında Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvləri də var.
ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasov (“Qarabağ trilogiyası”na görə), Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov (elmi-nəzəri ifaçılıq müsabiqələrinin və konfransların təşkilinə görə) və musiqişünas-publisist Raya Abbasovaya (“Dialoq” kitabına görə) təqdim olunub.
Qeyd edək ki, bəstəkar Cəlal Abbasovun “Qarabağ trilogiyası”na 3 əsər daxildir: Şuşaya həsr olunmuş “Bir daha səni görə bilsəydim...” adlı 4 saylı simfoniya, Milli Qəhrəman Albert Aqarunovun və Qarabağ şəhidlərinin xatirəsinə “İn memoriam” rekviyemi və Vətən müharibəsində Qələbəyə həsr olunmuş “Şanlı Azərbaycan” odası.
Musiqişünas-publisist Raya Abbasovanın “Dialoq” kitabı dünya şöhrətli rəssam Tahir Salahovun həyat və yaradıcılığına həsr olunub.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, BMA-nın məktəb-studiyasının yaradıcısı Tərlan Seyidovun rəhbərliyi ilə müntəzəm olaraq keçirilən elmi-nəzəri ifaçılıq müsabiqələri və konfranslar gənc musiqiçilər nəslinin hazırlanmasına böyük töhfədir.