Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsi davam edir. Layihə üzrə oktyabrın 17-də reallaşan konsertdə “Mahur-hindi” muğamı təqdim olunub.

Konsertdə BMM-in solistləri – Əməkdar artist Səbuhi İbayev və Muğam Televiziya Müsabiqəsinin qalibi Könül Xəlilzadə çıxış ediblər.

Xanəndələri tarzən Rövşən Qurbanov, qanun ifaçısı, Əməkdar artist Çinarə Heydərova, kamançada Əməkdar artist Toğrul Əsədullayev, nağarada Soltan Əliyev, udda Vasif Yusifli və balabanda Rəfael Əsgərov müşayiət ediblər.

2017-ci ildən həyata keçirilən layihənin beynəlxalq mediada işıqlandırılmasında “Baku” jurnalı böyük rol oynayır. “Muğam axşamları”nın konsertləri İctimai Radio ilə dinləyicilərə təqdim olunur.

Layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur.

Lalə