Noyabrın 2-də Heydər Əliyev Sarayının səhnəsində müasir dövrün ən gözəl İrlandiya şoularının üçlüyünə daxil olan “Rhythm of the Dance” adlı əfsanəvi rəqs şousu təşkil olunacaq.

Bakıda ilk dəfə təqdim olunacaq proqramda tamaşaçıları kelt melodiyaları, İrlandiya stepindən, canlı musiqidən və solistlərin heyranedici ifasından ibarət füsunkar rəqs şousu gözləyir.

İnanılmaz hərəkət enerjisi, dəqiqlik və sinxronluq, xalq elementlərinin müasir meqapolis ritmləri ilə birləşməsi – bütün bunlar “Rhythm of the Dance” rəqs şousunu dünyanın ən məşhur sənət layihələrindən birinə çevirib.