Fevralın 23-dən 26-dək Türkiyənin Ərzurum Atatürk Universitetində “Turizm, idman, biomüxtəliflik və qlobal dəyişikliklər mövzusunda birgə layihələr” adlı I Qış Anadolu Sammiti keçiriləcək. Fevralın 23-də isə adıçəkilən təhsil ocağında Avrasiya İpək Yolu Universitetləri Konsorsiomu İcraçı Şurasının növbəti iclası olacaq. Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov Avrasiya İpək Yolu Universitetləri Konsorsiumu İcraçı Şurasının 9 üzvündən biri kimi tədbirə dəvət olunub. Rektor C.Cəfərov eyni zamanda I Qış Anadolu Sammitində də iştirak edəcək. Tədbirdə institutun dekanı Nəsir Nəsirlinin “Azərbaycanda aqrar turizmin inkişaf istiqamətləri” mövzusundakı məruzəsi gündəmdədir.

   Fəxriyyə Abdullayeva