Azərbaycan Yaxın Şərq regionundan ölkəyə turist axınını ciddi şəkildə artırmaq niyyətindədir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, sözügedən regiondan Azərbaycana gələn turistlərin sayı hələlik çox azdır: «Bəhreyn, İordaniya, Yəmən, Oman, Qətər, Küveyt, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Suriya və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayı il ərzində təxminən 4 min nəfər təşkil edir. Halbuki Azərbaycandan, məsələn, Birləşmiş Ərəb Əmirliklərinə gündə 3 təyyarə uçur və orta hesabla bu ölkəyə hər gün 150 nəfər gedir».
   Nazir bildirib ki, Azərbaycan turizm potensialının Birləşmiş Ərəb Əmirliklərində təbliğatı üçün müvafiq şirkətlə müqavilə imzalanıb: «Yerli turizm şirkətlərinə üz tutub demək istəyirəm ki, bu istiqamətdə marketinq işlərini bir qədər də ciddiləşdirmək zəruridir». 

   Mehparə