“Macar-Turan” Beynəlxalq Fondunun sədri Andraş Biro Qazaxıstana səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti vəzifəsini icra edən Füzuli Məcidli ilə görüşüb.
Andraş Biro BTA-da Türk Muzeyi və Kitabxanası, eləcə də İştvan Konqur Mandokanın şəxsi kitab fondu ilə tanış olub.
F.Məcidli Macarıstanda ənənəvi olaraq A.Bironun rəhbərliyi ilə keçirilən qurultayın macar və türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətini qeyd edib.
Andaş Biro əməkdaşlığı inkişaf etdirməyə və birgə layihələr həyata keçirməyə hazır olduğunu bildirib. O, BTA ilə birlikdə dekabr ayında Budapeştdə Kutluq-Kaqana həsr olunmuş sərgi təşkil etməyi təklif edib.
F.Məcidli “Macar-Turan” Beynəlxalq Fondunun sədrinə təşəkkürünü bildirib, ona akademiyanın antropologiya sahəsində çap olunmuş kitablarını təqdim edib.
Qeyd edək ki, Macarıstan 2018-ci ildə Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alıb. Bu il Macarıstanın Buqats bölgəsində Hun-Türk xalqlarının 7-ci Beynəlxalq Qurultayında BTA ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında memorandum imzalanıb.