Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzi – Eko Parkda “Qonağımız var” layihəsi çərçivəsində Xalq artisti Mələkxanım Əyyubova ilə görüş keçirilib.

Tədbirin aparıcısı Lalə Əlimuxtarova sənətkarın yaradıcılıq yolundan söz açıb.

Rəngarəng musiqi nömrələri ilə davam edən görüş zamanı müğənninin ifasında xalq və bəstəkar mahnıları alqışlarla qarşılanıb.

Xalq artisti tamaşaçıların suallarını cavablandırıb. Sonda sənətkarla xatirə şəkilləri çəkdirilib.