Noyabrın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Zəfər Günü münasibətilə “Yarımçıq qalmış” tamaşası nümayiş etdiriləcək.
2016-cı ilin Aprel döyüşlərində şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərvər oğlanlar” əsəri əsasında hazırlanıb. Tamaşaya Xalq artisti, mərhum rejissor Vaqif Əsədov quruluş verib.
Rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Nuriyyə Əliyeva, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Ramil Məmmədov, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Tahir İsmayılov, Xaliq Bəkirov ifa edirlər.