Mədəniyyət Nazirliyinin dəstəyi ilə noyabrın 2-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə, Xalq artisti Sara Qədimovanın (1922-2005) 100 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib.

Konsertdə vaxtilə Sara Qədimovanın məlahətli və ecazkar səsində sevilərək ürəklərə yol açan xalq və bəstəkar mahnıları, təsniflər Xalq artisti Simarə İmanova, Gülyaz Məmmədova, Zabit Nəbizadə, Əməkdar artistlər Almaz Orucova, Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Zakir Əliyev, Firuz Səxavət, tanınmış müğənnilər Vəfa Vəzirova, Rəvanə Qurbanova, Şəhla Həmidovanın ifasında səslənib.

Sənətçiləri Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti müşayiət edib.