Xəbər verdiyimiz kimi, martın 7-dən 11-dək Almaniyanın paytaxtı Berlində “İTB-2012” beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə ölkəmizin turizm potensialı 104 kvadratmetrlik pavilyonda nümayiş olunacaq. Tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
   Sərgi çərçivəsində BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı layihəsi tərəfindən Azərbaycanla bağlı sorğu da keçiriləcək. Layihənin milli koordinatoru Faiq Qürbətovun bildirdiyinə görə, "İTB 2012" sərgisinin ziyarətçilərinə, o cümlədən yerli və xarici turistlərə ölkəmizlə bağlı bir çox suallar ünvanlanacaq.
   Bu suallara cavablar nəticəsində alman, o cümlədən digər ölkələrin turistlərinin Azərbaycana marağı öyrəniləcək. Sorğunun yekunları martın sonunda bəlli olacaq.    

   Fəxriyyə
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar