Xalqımız ən əziz milli bayramlarından olan Novruzu hər il böyük sevinclə qeyd edir. Novruz mərasimlərində Azərbaycan xalqının qədim adət-ənənələri öz əksini tapıb. 
   Martın 13-də «Kempinski Badamdar» hotelində təşkil olunan «Novruz xonçası» adlı satış-sərgi də xalqımızın Novruza və qədim adətlərimizə xas olan bir çox əlamətləri ilə yadda qalıb. «İnfotour.az» saytının məlumatına görə, tanınmış rəssam, xalq ənənələri studiyasının direktoru İradə Əmiraslanovanın əl işlərindən ibarət sərgi ziyarətçilərin böyük marağına səbəb olub. Rəssamın meyvələrdən düzəldilmiş və Azərbaycan xalça sənətinin elementlərini əks etdirən «Xonça» əsərini seyr edənlər öz heyranlıqlarını gizlədə bilməyiblər.
   Sərginin açılışında çıxış edən «Kempinski Badamdar» hotelinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zərifə Məmmədova, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və başqaları İradə Əmiraslanovanın əl işlərinin özünəməxsusluğundan söz açıblar. Qeyd olunub ki, bu işlərdə, qədim ənənələrlə yanaşı, dekorativ sənət nümunələrimizin yeni və müasir üslubda təsvir edilib.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar