Özbəkistanın paytaxtı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə mərkəzin nəzdindəki rəqs ansamblı və rəqs dərnəyinin uşaq və yeniyetmələri üçün milli rəqslərimizə dair ustad dərslərinə başlanılıb.
Ustad dərslərini AMM-in dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti, tanınmış rəqqasə Təranə Muradova keçir.
Qeyd edək ki, AMM-də 10 ildən çoxdur milli rəqslərmizə dair dərnək fəaliyyət göstərir və hər il yüzlərlə uşaq, yeniyetmə bu məşğələlərdə iştirak edir.
Mərkəzin nəzdində Azərbaycanın Əməkdar artisti, dost ölkədə milli rəqslərimizin təbliğinə töhfələr vermiş Kaykeb (Kövkəb) Əliyevanın adını daşıyan “Azərbaycan qızları” ansamblı da Özbəkistanda mədəniyyət, rəqs sənəti sahəsində keçirilən beynəlxalq tədbirlərdə, habelə Azərbaycan mədəniyyəti günlərində daim fəal iştirak edir.