Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Cultural Network House” (“Mədəniyyət Şəbəkələr Evi”) İctimai Birliyinin birgə təşkilatçılığı ilə tanınmış pianoçu, cazmen Şahin Növrəslinin “Ustad dərsləri” layihəsi başlanıb.
Layihə 3 mərhələdən ibarətdir. İlkin mərhələdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər arasında seçim turu keçirilib. Sonra Vaqif Mustafazadə adına 2 nömrəli İncəsənət məktəbində “Ustad dərsləri” başlanıb. Həmçinin ustad dərslərində iştirak edən şagirdlərin Şahin Növrəslinin rəhbərliyi ilə konsert proqramı nəzərdə tutulur.
Layihənin məqsədi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər arasından klassik repertuar proqramlarından əlavə, caz musiqisini də təbliğ etmək, onların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdlərin üzə çıxarmaq və ifaçılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
Layihə dekabrın 3-dək (həftədə bir dəfə olmaqla) davam edəcək.