Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Qala – 270” adlı videoxülasə hazırlanıb.
Videoxülasə 2022-ci ilin “Şuşa İli” və Şuşa şəhərinin 270 illiyinə həsr olunub.
Xülasədə Dövlət Səs Yazıları Arxivinin fondlarında mühafizə edilən və Şuşa şəhərinə aid olan sənədlər – ulu öndər Heydər Əliyevin Şuşa şəhəri haqqında çıxışları, Şuşa şəhərində doğulmuş, orada fəaliyyət göstərmiş görkəmli incəsənət xadimlərinin ifaları yer alıb. İşğaldan əvvəlki dövrlərdə keçirilmiş “Xarıbülbül” festivalları, eləcə də Şuşa işğaldan azad olunandan qala-şəhərimizdə yenidən bərpa olunan bu festival haqqında məlumat verilib.