Türkiyənin «Summer Tour» şirkəti Azərbaycan Turizm İnstitutunun yay tətilində Türkiyə hotellərində təcrübə keçmək istəyən tələbələri arasında müsabiqə keçirib.
   Müsabiqə Azərbaycan Turizm Assosiasiyası ilə qardaş ölkənin «Summer Tour» şirkətinin ölkəmizdəki rəsmi nümayəndəsi «Era Style» arasında əldə edilmiş razılaşma əsasında aparılır. Müsabiqənin münsiflər heyətinin üzvü, «İnfotour.az» turizm portalının baş direktoru Kamran Qədirovun bildirdiyinə görə, müsabiqənin birinci turunda iştirak etmək üçün 35 tələbə müraciət edib. Onların yarıdan çoxu müsabiqənin ikinci turuna keçmək imkanı əldə edib.
   Onu da qeyd edək ki, tələbələrin nəqliyyat, Türkiyədə qalmaq və yemək xərcləri «Summer Tour» şirkəti tərəfindən ödənilir. Təcrübə iyunun 1-dən sentyabrın 1-dək davam edəcək. 

   Fəxriyyə