Londonda keçirilən “Golden Time Talent – 2022” opera ifaçılarının vokal müsabiqəsində azərbaycanlı vokal ifaçısı Urfan Cəfərov növbəti uğura imza atıb. Vokalçı 18 ölkənin təmsilçiləri arasında Qran-pri (“Qızıl səs”) mükafatını qazanıb.

Gənc vokalçı bu il Nyu-Yorkda keçirilən “American Protege International Vocal Competition – 2022” müsabiqəsində də 21 ölkə təmsilçisi arasında birinci olmuşdu.

Urfan Cəfərov Bakı Musiqi Akademiyasında Xalq artisti Xuraman Qasımovanın sinfini bitirib.