Noyabrın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli Musiqi məktəbində dahi bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Məktəbin şagirdləri bəstəkarın həyat və yaradıcılığı haqqında danışıblar. Sonra bəstəkarın əsərlərindən nümunələr səsləndirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli Musiqi məktəbində də Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert təqdim edilib. Konsertdə məktəbin fortepiano, orkestr, xalq çalğı alətləri şöbəsində təhsil alan şagirdlər iştirak ediblər.